Yazını böyüt
Yazını kiçilt
Odessa Rusiyanın şəhəridir, bunu hamı yaxşı bilir, Rusiya prezidenti Vladimir Putin deyib.
Dövlət başçısı vurğulayıb ki, Ukraynanın bütün cənub-şərqi həmişə rusiyapərəst olub, bu, Rusiyanın tarixi əraziləridir.
“Rusiya-Türkiyə müharibələri nəticəsində bütün Qara dəniz regionu Rusiyanın tərkibinə daxil olub. Ukraynanın bununla nə əlaqəsi var? Onun heç bir əlaqəsi yoxdur... Odessa ümumən Rusiyanın şəhəridir, biz bunu bilirik, hamı bunu yaxşı bilir, yox, hər cür tarixi cəfəngiyyatlar uydurdular”, - deyə Vladimir Putin bildirib.
Oktyabr ayında Rusiya prezidenti qeyd edib ki, Odessa rus və “bir az yəhudi” şəhəridir.