Putini hakimiyyətə gətirən Kremlin müşaviri İSTEFA ETDİ - MOSKVADA NƏ BAŞ VERİR?

11:53 31.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putinin hakimiyyətə gəlməsinə kömək edən Valentin Yumaşev Kremlin müşaviri vəzifəsindən istefa verib.

Hafta.az xəbər verir ki, Rusiyanın Ukraynaya hücumları davam edərkən, Kremldə siyasi böhranlar davam edir.

Birincisi, Rusiya prezidenti Vladimir Putinin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubaysın martın 23-də istefa verməsindən sonra Kremldən mühüm istefa ilə bağlı daha bir xəbər gəlib.

Rusiyanın keçmiş lideri Boris Yeltsinin kürəkəni və Putinin hakimiyyətə gəlməsinə kömək edən Kremlin müşaviri Valentin Yumaşev də istefa verib.

Yumaşevin idarə heyətinin üzvü olduğu Yeltesin Fondunun baş direktorunun müavini Lyudmila Telen Rusiya mətbuatına açıqlamasında Yumaşevin istefasını təsdiqləyərək, "Bu, onun xahişi idi. Ona görə də onun istefa verdiyini bilirəm" deyib.

Sovet İttifaqının dağılmasından sonra qurulan Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin müşaviri vəzifəsində çalışan Yumaşev həm də Yeltsinin kürəkəni olub.

Yeltsindən sonra Putinin prezidentliyə keçməsində mühüm rol oynayan Yumaşev 1998-ci ildən sonra da fasiləsiz olaraq prezidentin müşaviri vəzifəsini icra edib.