San Dieqodakı Kaliforniya Universitetinin alimləri qadınların ömrünü uzatmağın yolunu tapıblar. Journal of Gerontology: Medical Sciences jurnalında dərc olunan araşdırmaya görə, 60 yaşdan sonra sabit çəki saxlamaq xəstələrin uzunömürlülük şanslarını ikiqat artırmağa kömək edir.
İş zamanı müəlliflər təxminən 55 min qadının məlumatlarını öyrəniblər. Bütün müşahidə dövrü ərzində iştirakçıların 56 faizi (30 000 nəfər) 90 və daha yuxarı yaşda yaşayıb. Nəticələr göstərdi ki, 60 yaşından sonra bədən çəkisinin ən azı beş faizini itirmiş subyektlərin təxminən eyni çəki dəyərlərini saxlayanlarla müqayisədə 90-100 yaşa qədər yaşama ehtimalı daha azdır.
Təsadüfən arıqlayan qadınların 90 yaşına qədər yaşama ehtimalı 51 faiz azalıb. Bununla belə, sabit çəki saxlamaqla müqayisədə beş faiz və ya daha çox çəki artımı uzunömürlülüklə əlaqəli deyil.
Mütəxəssislər vurğulayırlar ki, əgər yaşlı qadınlar arıqlamağa çalışmadıqları bir vaxtda arıqladığını fərq edərlərsə, bu, sağlamlıq problemlərindən xəbər verə bilər.