Qarabağ Universiteti bölgənin mayakına çevrilə bilər - Qabil Hüseynli

13:45 01.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Xankəndidə Qarabağ Universitetinin yaradılması ictimai, siyasi, mədəni hadisə olacaq. Xankəndidə fəaliyyət göstərən Azərbaycan Pedoqoji İnstitunun bazasında yaradılmış İnstitut daşnaq yuvası, separatçıların ideoloji bazası idi. Yeni yaranacaq Qarabağ Universiteti sözün həqiqi mənasında ali təhsil ocağı olacaq”.

Bunu hafta.az-a professor Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, bölgənin müxtəlif yerlərindən gəlmiş insanlar Qarabağ Universitetində təhsil alaraq yüksək ixtisaslı kadrlar kimi həmin bölgələrin müxtəlif sahələrində işlə təmin olunacaqlar. 

“Qarabağ Universitetinin açılması o deməkdir ki, Azərbaycan Xankəndidə geniş iqtisadi, siyasi, mədəni tədbirlər həyata keçirəcək. Ona görə də bu yerlərdə elmin, tədrisin inkişafı, yüksək ixtisaslı kadrların hazırlanması üçün əlindən gələni edir”.

Q.Hüseynli hesab edir ki, Qarabağ Universiteti bölgənin mayakına, mühüm elmi fikir, kadr hazırlığı mərkəzinə  çevrilə bilər. Çünki hələ ki, bu təhsil müəssisəsi regionda yeganə olacaq.

Politoloq eyni zamanda bildirib ki, böyük qayıdış proqramı çərçivəsində öz yurduna qayıdan ailələrin övladalrının bu universitetə daxil olması bütövlükdə bölgənin mədəni səviyyəsinə təsir göstərəcək.

Oxunma sayı 76
Siyasət rubrikasından digər xəbərlər