Ermənistan daxilində Qarabağı Azərbaycan ərazisi hesab edənlərə qarşı cinayət məsuliyyətini nəzərdə tutan təşəbbüs layihəsinin parlamentdə yaratdığı qarşıdurma səngimir.
Hafta.az erməni KİV-ə istinadla bildirir ki, məsələ bu ölkənin parlament sədri Alen Simonyan da reaksiya verib. Yenə də özünəməxsus şəkildə.
Simonyan Ayakve layihəsini qəbul etməməklə müxalifəti xilas etdiklərini bildirib.
“Biz sizə kömək edirik, çünki siz indi öz təşəbbüsünüzün girovusunuz və simanızı xilas etmək üçün bunun ən vacib olduğunu göstərirsiniz. Sizə bir sual vermək istəyirəm: sizcə, bu layihə qəbul olunsaydı, biz Rusiya Federasiyasının prezidentini Artsaxı Azərbaycanın bir hissəsi kimi tanıdığına görə qınayardıqmı? Bildirə bilərsiniz ki, “Ermənistan” blokunun katibi bəyan edir ki, bu qanun qəbul olunarsa, Rusiya Federasiyasının prezidentinə qarşı cinayət işi başlanmalıdır”, - deyə Simonyan qeyd edib.