Qarabağdan köçmüş müxalif erməni “deputat”lar İrəvanda QHT təsis etdilər

12:14 26.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarabağdakı ləğv edilən separatçı-terrorçu rejimin Xankəndində fəaliyyətdə olduğu müddətdə qondarılmış müxalif mövqeli “Ədalət” “partiyası”nın təsisçiləri İrəvanda “Ədalət və qayıdış” adlı yeni qeyri-hökumət təşkilatı təsis ediblər.

Hafta.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.

Sabah, dekabrın 27-si, yerli vaxtla saat 16.00-da təşkilatın ofisində keçiriləcək mətbuat konfransında təşəbbüskarlar QHT-nin fəaliyyətinin, missiyasının və vəzifələrinin başlanması barədə məlumat verəcəklər.

Təşkilatın rəhbəri qondarma “artsax” “parlamenti”nin “deputat”ı Metakse Akopyandır...

Xatırladaq ki, Azərbaycan ordusunun sentyabrın 19-20-də keçirdiyi bir sutkalıq local hərbi əməliyyatdan və Yuxarı Qarabağdakı haykların Ermənistana kütləvi köçündən sonra sentyabrın 28-də Xankəndindəki separatçı-terrorçu rejimin sonuncu rəhbəri Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək üzdəniraq qurumun ləğvi haqda “fərman” imzalayıb. Lakin son günlər İrəvanda verdiyi bəyanatda Şahramanyan həmin “fərman”ın “hüquqi əsası” olmadığını bildirib…