Qərb Ermənistan hökumətinin atdığı zorakılıq addımlarını görmək istəmir - Politoloq

16:06 20.05.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bəzi Qərb ölkələri ona hər fürsətdə xəyanət edən Ermənistanı himayə edir. Bu ölkədə polisin, güc qurumlarının etiraz aksiyalarına çıxanlara qarşı amansız davranışlarına, siyasi terroruna, zorakılıq hallarına, aksiyaları güc yolu ilə dağıtmasına göz yumur, əksinə, etiraz aksiyasına çıxanları qınayır. Azərbaycanda isə ən xırda hadisələr Qərb mediasında amansız zorakılıq kimi tirajlanır.

Politoloq Mətin Məmmədli hafta.az-a bildirib ki, ilk növbədə aprelin 25-dən Ermənistanda başlayan kütləvi aksiyalara qarşı yerli hökumətin sərgilədiyi davranışı adekvat hesab edib. Onun sözlərinə görə, Ermənistanda revanşist qüvvələrin çağırışı ilə keçirilən aksiyalar yalnız dinc etiraz aksiyaları xarakterində deyil. Bu, həm də dövlət orqanlarının fəaliyyətinin pozulmasına yönəlib.  Belə olan halda da Ermənistan hökuməti də haqlı olaraq bu aksiyaçılara qarşı polisin gücündən istifadə edir.

E.Məmmədli bildirib ki, Ermənistanda və Azərbaycanda baş verənlərə Qərbdən  gələn fəqrli yanaşmalara adət etmişik.  Politoloq hesab edir ki, burda əsas məqam Qərbdə, Avropada güclü erməni lobbisinin  mövcudluğu və uzun illərdir ökəmizə qarşı apardığı siyasətdir.

“Erməni lobbisi Ermənistanın dövlət maraqlarını Qərbdə  xüsusi canfəşanlıqla qoruyur.  Və Avropada, Qərbdə olan müəyyən siyasi dairələrin  qərarlarına  da təsir etmək imkanlarına malikdirlər. Yəni əsas səbəblərdən biri  kimi bunu görürəm. Eyni zamanda,  Qərb, Avropa  İttifaqı xüsusilə çalışır ki,  Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarsın. Yəni bu məqam  da var ki, Qərb Ermənistan hökumətinin atdığı zorakılıq addımlarını görməzdən gəlir. Amma Azərbaycana münasibətdə  fərqli yanaşmaları müşahidə edirik”.

Oxunma sayı 34
Siyasət rubrikasından digər xəbərlər