Rəqabət Məcəlləsi üçüncü oxunuşda qəbul edildi

12:53 08.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin bu gün keçirilən plenar iclasına Rəqabət Məcəlləsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Hafta.az-ın məlumatına görə, Rəqabət Məcəlləsi Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə sentyabrın 7-də Milli Məclisə daxil olub.

Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.

 

Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Siyasət rubrikasından digər xəbərlər