“Roskomnadzor”dan xəbərdarlıq: Rusiyada Whatsapp bloklana bilər

09:26 18.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada rabitənin monitorinqinə cavabdeh olan rəsmi dövlət qurumu “Roskomnadzor” xəbər kanalları funksiyasına malik WhatsApp-a girişi bloklaya biləcəkləri barədə xəbərdarlıq edib.

Hafta.az-ın TASS-a istinadən yazdığına görə, “WhatsApp”da “qadağan olunmuş məlumatları ehtiva edən düşmən kanalları” görünsə, onlar mesajlaşma xidmətinə girişi bloklaya bilərlər. “Roskomnadzor” Rusiya vətəndaşlarına yerli proqramlardan istifadə etməyi tövsiyə edir.

WhatsApp kanalın açılış funksiyasını sentyabrın 13-də elan edib. Bu xüsusiyyətin bir neçə aydan sonra Rusiyadan qoşulan tətbiqlərə də gələcəyi təxmin olunur.

Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Aleksandr Hinşteyn Rusiyanın ekstremist təşkilat hesab etdiyi “Meta”ya məxsus WhatsApp-ın tamamilə qadağan oluna biləcəyini açıqlayıb.

Rusiya Səhiyyə Nazirliyi də Moskva və Sankt-Peterburqda həkimlərə Whatsapp-dan istifadəni yasaqlayıb və onlara smartfon saatlardan istifadə etməməyi məsləhət görüb.