Rusiyadakı insan haqları mənbələrinə görə, bu ölkənin Müdafiə Nazirliyi ehtiyatda olan əsgərlərin yeni səfərbərliyi çağırışından yayınmaq məqsədilə Ukraynadakı müharibəyə göndərilmək üçün dustaqları cəlb edib.
Hafta.az-ın “Washington Post”a istinadən yazdığına görə, Rusiya Müdafiə Nazirliyi bu il həbsxanaları yoxlayıb və 100 min məhbusu orduya göndərib. Ukraynadakı münaqişələrdə iştirakları müqabilində ağır cinayətlərdə mühakimə olunanlara qarşı məhkəmə qərarlarının ləğv edilməsi nəzərdə tutulub.
Rusiyanın RTVI xəbər saytı bildirib ki, Müdafiə Nazirliyində hərbi qulluqçular məhbuslara külli miqdarda pul təklif ediblər. Aylıq maaşların 20 min rublu (təxminən iki min dollar) keçdiyi, xəsarətlərə görə 3 milyon rubl (13 min dollar) ödənildiyi, öldüyü təqdirdə isə yaxınlarına 52 min dollar ödəniləcəyi bildirilib.