Rusiya Donetsk və Luqansk vilayətləri ərazilərindəki hərbi hissələrin döyüş hazırlığını artırır. Hafta.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
"Rusiya Federasiyası silahlı qüvvələrinin komandanlığı Donetsk və Luqansk vilayətlərindəki ərazilərdə qoşunların döyüş hazırlığını artırır", - məlumatda deyilir. Həmçinin qeyd edilir ki, “noyabrın 22-də 1-ci (Donetsk) və 2-ci (Luqansk) ordu korpuslarının birləşmə və bölmələrində səfərbərlik ehtiyatı, təhlükəsizlik qüvvələrinin bölmələri və idarə orqanlarının cəlb edilməsi ilə irimiqyaslı komanda-qərargah təlimlərinə başlanılıb".
Ukrayna kəşfiyyatının məlumatına görə, qrupun ORDLO-dakı təlimlərinə RF Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 8-ci Birləşmiş Silahlı Qüvvələrinin komissiyası nəzarət edir.