Rusiya Dövlət Dumasına seçkilər başa çatıb

22:17 19.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

VIII çağırış Rusiya Dövlət Dumasına seçkilərdə səsvermə başa çatıb.

Hafta.az-ın məlumatına görə, Moskva vaxtı ilə 20:00-da paytaxtda və ölkənin Mərkəzi regionlarında seçki məntəqələri bağlanıb.

Üçüncü günün nəticələrinə görə, səsvermələrdə Vahid Rusiya Partiyası liderdir. Ölkə üzrə seçici aktivliyi 50 faizdən çox olub.

Parlamentin aşağı palatası ilə paralel olaraq Rusiya subyektlərinin regional və yerli hakimiyyət orqanlarına, o cümlədən yerli qanunverici orqanlara seçkilər keçirilib.

Rusiya parlamentinin aşağı palatasına seçilmək üçün partiyalar tərəfindən namizədliyi irəli sürülmüş 3812 nəfər mübarizə aparıb. Təkmandatlı dairələrdən isə parlamentdə üzv seçilmək üçün namizədlərin sayı 2020 nəfər olub.

Oxunma sayı 23