Yazını böyüt
Yazını kiçilt
Sosial şəbəkələrdə Rusiya hərbçisinin təcvid qaydalarına riayət etməklə, düzgün avazla Quran oxumasının video-görüntüləri yayılıb.
Hafta.az xəbər verir ki, “İslamnews” portalının yaydığı məlumata görə, “Rus əsgəri Quran oxuyur” başlıqlı video internet hostinqindən sosial şəbəkə platformalarına keçib və dərhal çoxlu sayda müsbət rəy alıb.
İstifadəçilər yalnız Müqəddəs Kitabdan ayənin Quran oxuma qaydalarına uyğun peşəkar şəkildə oxunmasına deyil, həm də qiraətçinin məhz Rusiya Silahlı Qüvvələrinin hərbçisi olması faktına heyran qalıblar.
Qeyd edək ki, Quran oxuyan Rusiya hərbçisinin konkret kimliyi və milliyyəti açıqlanmayıb.