Rusiya ilə Ermənistan Türkiyə sərhəddində təlimlərə başladı

14:22 22.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya ilə Ermənistan hərbi təlimlərə başlayıb.

 

Hafta.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, təlimlərə Gümrüdəki 102-ci hərbi baza və Ermənistan Ordusunun Xüsusi korpusu qatılıb.

 

Təlimlər Rusiya-Ermənistan Birləşmiş Ordusunun komandanı, general-leytenant Tiqran Parvanyanın başçılığı ilə keçirilir.

Türkiyə sərhəddi yaxınlığında keçirilən təlimlərə tanklar, piyada döyüş maşınları və artilleriya vasitələri cəlb olunub. modern