Rusiyada COVID-19-dan ölənlərin sayı 259 mini ötüb

13:14 17.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada son sutka ərzində daha 36 626 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Hafta.az-ın məlumatına görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 182 538 nəfərə çatıb.

Son sutka ərzində 1247 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 259 084 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ və Böyük Britaniyadan sonra üçüncü yerdə gəlir.