Rusiya Elmlər Akademiyası “Kovid-19” pandemiyasının yenidən pik həddə çatacağı gözlənilən tarixi açıqlayıb.
Hafta.az-ın yazdığına görə, akademiya adından məlumatları təhlil edən qrupun müəllimi Sergey Netesov bildirib ki, Rusiyada “Kovid” və digər yuxarı tənəffüs yolları xəstəliklərinin noyabr ayında pik həddə çatacağı gözlənilir.
Soyuq havalar artdıqca insanların qapalı ərazilərdə daha çox vaxt keçirməyə başlayacağını bildirən akademik, noyabr-fevral aylarında “Kovid” yoluxmalarının ən yüksək həddə çatacağı ilə bağlı xəbərdarlıq edib.
Netesovun verdiyi məlumata görə, Rusiyada indiyədək “Kovid-19”a yoluxanların sayı 100 milyonu keçib.
Rusiyada yoluxma hallarının sayı artdıqca, ötən həftədən etibarən bəzi hökumət binalarında “Kovid” tədbirləri yenidən tətbiq olunmağa başlayıb.