Rusiyada mədən faciəsində ölənlərin sayı 57-yə çatdı-YENİLƏNİB

09:00 26.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin dsyı 57-yə çatıb.

Hafta.az-ın məlumatına görə, bu barədə təcilli yardım xidmətlərindən bildiriblər.

Məlumata əsasən, axtarış-xilasetmə əməliyyatında iştirak edən mədən xilasediciləri də daxil olmaqla, ümumilikdə 57 nəfər xəsarət alıb.

Qəza faktı ilə bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 217-ci maddəsinin 2-ci hissəsi üzrə ("Ehtiyatsızlıqdan bir insanın ölümünə səbəb olan təhlükəli istehsal obyektləri üçün sənaye təhlükəsizliyi tələblərinin pozulması")

***

Xəbər verdiyimiz kimi, dünən Moskva vaxtı ilə saat 04:30-da Kemerovo vilayətinin “Listvyajnaya” mədənində qəza baş verib.

Hafta.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı RİA Novosti-yə bildirib ki, ilkin məlumatlara görə, altı xilasedici də daxil olmaqla 52 nəfər mədəndə baş vermiş qəzanın qurbanı olub.

Baş prokurorun müavini Dmitri Demeşinin sözlərinə görə, fövqəladə vəziyyətin səbəbi qığılcım nəticəsində yaranan metan partlayışı və mədənçilərin xəsarət alması ilə nəticələnən dinamik zərbə olub.

Böyük Britaniyanın saytında verilən məlumata görə, aparılan araşdırmalar çərçivəsində mədənin 47 yaşlı direktoru, onun 59 yaşlı birinci müavini və 36 yaşlı sahə müdiri saxlanılıb.