Rusiyada Stalinə 20 ildə 96 yeni heykəl qoyulub

11:45 21.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Barnaul şəhərində Stalin adına mərkəz açılıb. Muzeylərdən başqa bütün ölkə üzrə Stalinin 110 abidəsi var, onlardan 96-sı son 20 ildə ucaldılıb.

Hafta.az-ın “Novıye İzvestiya”ya istinadən yazdığına görə, mərkəzin yaradıcısı olan Rusiya Kommunist Partiyasının nümayəndələri öz məqsədlərini “Rusiyanın düşmənlərinə, xarici agentlərə, Boris Yeltsinin və Aleksey Navalnının tərəfdarlarına qarşı mübarizə” kimi müəyyən ediblər.

Portala danışan politoloq İlya Qraşenkov bu fikirdədir ki, Stalini kommunistlərin və inqilabın simvolu hesab edir və indiki hakimiyyət stalinizasiya siyasətindən yayınacaq.

Qraşenkov bildirib ki, yeni Stalinin heykəllərini adətən kənd yerlərində Stalinin pərəstişkarı olan fabrik rəhbərləri və sahibkarlar ucaldırlar.

Stalinin 1932-1934-cü illərdə yaşadığı malikanənin hərracda 403 milyon rubla (4,4 milyon dollar) satıldığına diqqət çəkən portal investorların Stalinin mədəni irsi ilə yaxından maraqlandığını yazır.

Qraşenkov onu da bildirir ki, əhalinin kasıb təbəqəsi Stalinə daha çox maraq göstərir. Onlar Stalini “problemləri həll edən təsirli bir hökmdar” kimi görürlər.