Rusiyada xarici dildə danışanların 3 faizi Azərbaycan dilini bilir - "Levada Center"

11:00 26.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada xarici agent elan edən araşdırma təşkilatı "Levada Center" ölkə vətəndaşlarının hansı xarici dilləri bildiyinə dair suala cavab axtarıb. Avqustda keçirilən sorğunun nəticələrinə görə, hər 5 rusiyalıdan 1-i ən azı bir xarici dildə sərbəst danışa bilir.

Hafta.az-ın yazdığına görə, ən yüksək nisbətə malik yaş qrupu 29 faizlə 18-24 arasındadır. 55 və yuxarı yaşda olanlar üçün xarici dil bilmə nisbəti 12 faizə enir.

Regional əsasda, xarici dil bilənlərin sayına görə Sankt-Peterburq 38 faizlə birinci yerdədir. Moskvada bu nisbət 32 faiz, Uralda isə 10 faizdir.

Ən çox danışılan xarici dil 72 faizlə ingilis dilidir. Bunu 16 faizlə alman, 9 faizlə ukrayna dili izləyir. Azərbaycan, türk və fransız dillilərində danışa bildiyini deyənlər isə mvafiq olaraq 3 faizdir. Digər bütün dillərin cəmi 6 faiz olaraq hesablanıb.