Rusiyanı xərçəng xəstəliyinə görə dünyada ikinci yerdədir

09:05 19.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son günlər Rusiyada kütləvi qida zəhərlənməsi xəbərlərindən sonra ölkədə mədə-bağırsaq sistemi xərçənglərinin artması diqqət çəkir.

Hafta.az-ın “Novıe İzvestiya” qəzetinə istinadən yazdığına görə, Rusiya mədə-bağırsaq sistemi xərçənginə (yemək borusu, mədə, qaraciyər, öd kisəsi, mədəaltı vəzi, nazik və yoğun bağırsaq xərçəngi) görə dünyada ikinci yerdədir.

Mütəxəssislər gəlir səviyyəsi azalan insanların daha ucuz və keyfiyyətsiz məhsullar istehlak etməyə başladığını və xəstəliklərin artmasının da bununla bağlı olduğunu vurğulayırlar. Bildirilir ki, Rusiyada 35 yaşdan aşağı insanlarda mədəaltı vəzi xərçənginə yoluxma halları son bir neçə ildə kişilərdə 3 dəfə, qadınlarda isə 7,5 dəfə artıb.

Ölkədə hər il təxminən 80 min bağırsaq xərçəngi hadisəsi baş verir.

Bildirilir ki, mədə xərçənginə ən çox rast gəlinən ölkə, işlənməmiş balıq istehlakının çox olduğu Yaponiyadır.

Kolon xərçəngi hallarına dünyada ən çox fast food mədəniyyətinin hakim olduğu ABŞ-da rast gəlinir. Qeyd olunur ki, Rusiya bu göstəricidə ABŞ-a yaxınlaşır.