Bu il Rusiyada dini və ezoterik kitabların satışı 40-60 faiz artıb. Ən çox satılan iki kitab Quran və İncildir.
Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, bu kitablarla yanaşı, tarot kartı satışlarının da artdığına diqqət çəkib.
“İzvestiya”ya danışan “Ozon”un nümayəndəsi, tarot kartı satışlarının ilin əvvəlindən bu yana 36 faiz artdığını bildirib.
Ölkənin ən böyük nəşriyyat qrupu oan “Eksmo-AST”ın nümayəndəsi Yevgeni Kapyev də ilin birinci yarısında “psixologiya” kateqoriyası üzrə satışların 25 faiz artdığını açıqlayıb.
Sənaye nümayəndələri bu fikirdədirlər ki, qarşıdakı dövrdə dini və ezoterik nəşrlərin satışı artacaq və belə kitablar hətta psixoloji nəşrləri əvəz edə bilər.
RBC qəzeti iyul ayında dərc etdiyi hesabatda ölkədə dini kitablara marağın 2017-ci ildən bəri ilk dəfə artdığını bildirib.