Səhiyyə naziri qəzaya düşən qadını müayinə etdi, XƏSTƏXANAYA ÇATDIRDI

15:36 27.12.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Tatarıstanın Səhiyyə Nazirliyinin rəhbəri Marat Sadıkov küçədə bədbəxt hadisə nəticəsində xəsarət alan qadının köməyinə gəlib.

Hafta.az Rusiya mediasına istinadla  xəbər verir ki, bu haqda nazirliyin mətbuat xidməti informasiya yayıb.

Qəzanın nazirin gözü qarşısında baş verdiyi qeyd edilir. Olayın yeri, vaxtı və digər hallar barədə məlumat verilmir.

İdarədən bildiriblər ki, 51 yaşlı nazir dərhal zərərçəkmişi müayinə edib və təcili tibbi yardımın gəlməsini gözləmədən onu xəstəxanaya çatdırıb. Beləliklə, əvəzolunmaz dəqiqələrə qənaət edə bilib. Qəza nəticəsində döş qəfəsindən xəsarət alan zərərçəkmişə tibb müəssisəsində vaxtında ixtisaslı yardım göstərilib. Marat Sadıkov Tatarıstanın Buinsk şəhərində anadan olub. O,  həkimlər ailəsinin ənənəsini davam etdirir. Uzun illər Tatarıstanın səhiyyəsində kadr hazırlığı və kadrların hazırlanması ilə məşğul olub, iki tibb məktəbinə rəhbərlik edib. O, 2018-ci ildə Səhiyyə Nazirliyinə rəhbər təyin olunana qədər Kazanda 7 saylı şəhər kliniki xəstəxanasının baş həkimi işləyib.