Səlcuq Bayraktarın atası vəfat edib

16:00 18.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin tanınmış iş adamı, “BAYKAR” şirkətinin İdarə Heyətinin sədri Özdəmir Bayraktar vəfat edib.

Hafta.az-ın məlumatına görə, bu barədə “BAYKAR” şirkəti açıqlama yayıb.

“Milli texnologiya hərəkatı ideyasının və milli pilotsuz uçuş aparatlarının yaradılmasının lideri, İdarə Heyətimizi sədri, yol göstərənimiz Özdəmir Bayraktar haqqın rəhmətinə qovuşub”, - deyə açıqlama bildirilir.

“BAYKAR” şirkətinin Baş direktoru Haluk Bayraktar da “Twitter” hesabından etdiyi paylaşımında atasının vəfat etdiyini açıqlayıb.

72 yaşında dünyasını dəyişən Ö. Bayraktar İstanbulda dəfn olunacaq.

Qeyd edək ki, Özdəmir Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qudası, Səlcuq Bayraktar və Haluk Bayraktarın atasıdır.

Ö. Bayraktar “Bayraktar” PUA-larının yaradılmasının ideya müəllifi sayılır. “Bayraktar TB” PUA-ları İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanmasında mühüm rol oynayıb.

Oxunma sayı 20