Şəmkirdə 32 yaşlı kişi bıçaqlanıb

09:59 23.12.2023
Yazını böyüt
Yazını kiçilt

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun məzkəzi küçələrinin birində qeydə alınıb.

1991-ci il təvəllüdlü Nahid Qələndərov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 32 yaşlı kişi əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.