Senatda Azərbaycana qarşı heç bir əsası olmayan teatr başlayıb - Ziyafət Əsgərov

13:33 21.11.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“ABŞ Senatında Azərbaycana qarşı heç bir əsası olmayan teatr başlayıb. ABŞ Senatında 907-ci düzəlişin dirçəlməsi ölkəmizə qarşı, ədalətsiz, qərəzli münasibətin göstəricisidir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında millət vəkili Ziyafət Əsgərov bildirib.

Z.Əsgərov 907-ci düzəlişin 1992-ci ildə məhz Xocalı soyqırımı törədilən zaman qəbul olunduğunu qeyd edib.

“Ermənistan Azərbaycana qarşı işğal siyasəti apararaq Azərbaycan torpaqlarını işğal edir, qətliamlar törədirdi. Belə bir vaxtda isə ABŞ Azərbaycana qarşı ədalətsiz, qərəzli çıxışlarını sənədləşdirməyə çalışırdı. Lakin 1993-cü ildə BMT-də 4 qətnamə qəbul olundu. Orada Azərbaycanın işğala məruz qoyulduğu və torpaqların qeyd-şərtsiz azad olunması vurğulanır. Ermənistan Azərbaycanda terror aktı törətmişdi. 30 il müddətdə isə Minsk Qrupu məsələni uzatmaq istədi”.

Deputat ABŞ-ın sözdə, Azərbaycanı strateji əməkdaşı adlandırması ilə məsələyə diqqət çəkib.

“Əgər əməkdaşsınızsa, bu nə oyundur. Siz BMT-nin qəbul etdiyi 4 qətnaməni yerinə yetirə bilmədinizsə, Azərbaycan öz gücü hesabına bunu həyata keçirdisə, niyə bundan əndişələnirsiz. Azərbaycan toraqlarını işğaldan azad edirsə, niyə qərəzli mövqe sərgiləyirsiz”.

Z.Əzgərov Ermənistanın sülh müqaviləsini uzatmasının səbəbini də ABŞ-ın yanlış siyasəti ilə əlaqələndirib.

“Sonradan məlum oldu ki, sülhü imzalamamaq siqnalları ABŞ-dan gəlir. ABŞ görünməmək üçün Fransanı qabağa verir. Nə istəyirsiz Azərbaycandan. Bu qədər ikiüzlü, riyakar siyasət olmaz. Güclü dövlət ədalətin, beynəlxalq hüququn yanında olar. Siz beynəlxalq hüququ məşğuliyyətə çevirmisiz, bizim üçün məhdudiyyətə. Biz müharibəni kişi kimi apardıq. Azərbaycanın müstəqilliyini, müstəqil siyasətini, qələbəsini həzm edə bilmirlər”.