Serbiya-Azərbaycan əlaqələri sürətlə inkişaf edir - Prezident

14:32 10.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir.

 

Hafta.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı söyləyib.

 

“Biz strateji tərəfdaşıq. Çünki strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk”, - deyə dövlətimizin başçısı vurğulayıb.