Sərnişin avtobusu "KamAz"la toqquşdu - 5 nəfər öldü

13:49 24.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyada ağır yol qəzası baş verib.

Hafta.az RİA Novosti-yə istinadla xəbər verir ki, hadisə Kalmıkiyada baş verib.

Belə ki, Mahaçqala – Sankt-Peterburq marşrutu üzrə hərəkət edən “Neoplan” sərnişin avtobusu ilə “KamAZ” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində beş nəfər ölüb. Bildirilib ki, avtobusda 28 sərnişin olub.