BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) rəsmisi Səudiyyə Ərəbistanının əhalisinin 5,5 faizinə bərabər sayda qaçqına ev sahibliyi etdiyini bildirərək, Ər-Riyadın dünyada BMT QAK-a ən çox ianə verən ölkələrdən biri olduğunu xatırladıb. Çünki Ər-Riyad səhiyyə, təhsil, mənzil və digər bu kimi əsas sektorlarda bir çox ölkələrdə BMT QAK-a dəstək üçün 300 milyon dollardan çox vəsait ayırıb.
Hafta.az-ın yazdığına görə, BMT QAK-ın Körfəz Əməkdaşlıq Şurası ölkələri üzrə Yaxın Şərq nümayəndəsi Xalid Xəlifə açıqlamasında aşağıdakı açıqlamaları verib: “Səudiyyə Ərəbistanındakı qaçqınlar arasında təxminən 1 milyon yəmənli və 700 min suriyalı da var. UNHCR Kral Salman Yardım və Humanitar Məsələlər Mərkəzi, Səudiyyə Ərəbistanı İnkişaf Fondu və digərləri ilə əməkdaşlıq edir. Bu qurumlar UNHCR-nin təhsil, infrastruktur və yaşayış vasitələri kimi inkişaf layihələrini, həmçinin sığınacaq, qida və səhiyyə kimi əsas humanitar səyləri əlaqələndirmək və qurmaq səylərini dəstəkləyir”.
Xəlifə 2012-ci ildə 10,5 milyon olan dünya üzrə qaçqınların sayının iki dəfə artaraq 20,5 milyona çatdığına diqqət çəkib. O, həmçinin qeyd edib ki, 2018-ci ilin sonunda dünyanın bəzi ölkələrində təqib, münaqişə, zorakılıq və insan hüquqlarının pozulması nəticəsində məcburi köçkünlərin sayı 70,8 milyon nəfər olub, 2020-ci ildə bu rəqəm 80 milyona çatıb.
“Covid-19” pandemiyası zamanı qaçqınların vəziyyəti ilə bağlı açıqlama verən Xəlifə, “Epidemiya dövründə ölkələr arasında sərhədlərin bağlanması səbəbindən sığınacaqların sayı xeyli azalıb. Ümumiyyətlə, körfəzdəki bölgəsində, xüsusən də Səudiyyə Ərəbistanında məskunlaşan qaçqınlar dünyanın digər yerlərində yaşayan qaçqınlardan daha yaxşı şəraitlə təmin olunublar. Çünki Səudiyyə Ərəbistanı hökumətinin bütün ölkələrdən gələnləri heç bir ayrı-seçkilik olmadan peyvəndlə təmin etmək siyasətinə uyğun olaraq onların Krallıqda müalicə və peyvəndlərə pulsuz çıxışı var” deyib. Xəlifənin sözlərinə görə, Səudiyyə Ərəbistanı 30 ildir ki, BMT QAK-ın ofisinə ev sahibliyi edir. O vaxtdan BMT QAK Səudiyyə Ərəbistanı hökuməti və Krallıqda fəaliyyət göstərən dövlət idarələri və humanitar yardım agentlikləri ilə birlikdə ölkənin müxtəlif yerlərində qaçqın və köçkünlərə yardım göstərmək üçün işləyir. O, həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı BMT QAK-ın səhiyyə, təhsil, mənzil və sair kimi mühüm sektorlarda layihələr yaratmaq səylərini dəstəkləyir.
Xatırladaq ki, günümüzdə Səudiyyə Ərəbistanında 700 min suriyalı, Myanmardan qaçan 280 min nəfər Rohinca müsəlmanları, eləcə də 350 min fələstinli yaşayır. Bu insanların Krallıqda səhiyyə, təhsil və iş imkanları var. Ona görə də cəmiyyətə inteqrasiya edirlər.