“Strateji əlaqələrimizin gələcəkdə daha da möhkəmlənəcəyinə ümid edirik” - XİN

10:24 08.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bu gün Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur".

Hafta.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Tvitter" səhifəsindəki paylaşımında bildirilib.

“Bununla əlaqədar İtaliya hökuməti və xalqına ən xoş arzularımızı bildiririk. Strateji əlaqələrimizin gələcəkdə daha da möhkəmlənəcəyinə ümid edirik”, - deyə paylaşımda vurğulanıb.