Sui-qəsd planı: Hindistan ABŞ-la əməkdaşlıq edəcək

10:15 04.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu həftə ABŞ Ədliyyə Nazirliyi Hindistan vətəndaşı Nikhil Quptanın Dehli hökumətinə bağlı bir agentin təlimatı əsasında Nyu Yorkda Siqh liderinə “sui-qəsdi planlaşdırmaq” ittihamı ilə mühakimə olunacağını açıqlayıb.

Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, bu bəyanatlara cavab olaraq Hindistan Xarici İşlər Nazirliyi bəyan edib ki, noyabrın 18-də Vaşinqton “cinayətkar təşkilatlar, silah qaçaqmalçıları, terrorçular və digərləri arasında əlaqələrin mövcudluğu ilə bağlı məlumat verdikdən sonra Dehli yüksək səviyyəli istintaq komitəsi yaradıb. “Hindistan hökuməti istintaq komitəsinin nəticələri əsasında lazımi tədbirlər görəcək", - nazirliyin sözçüsü Arindam Bağçi deyib.

Bu reaksiya sentyabrda Kanadanın Hindistan kəşfiyyat xidmətlərini Hindistan-Kanada Siqh lideri Hardip Singh Nigarı iyun ayında öz torpaqlarında öldürməkdə ittiham edərkən Dehlinin qəzəbli cavabı ilə ziddiyyət təşkil edir. Kanadanın baş naziri Castin Trüdo o zaman bu sui-qəsddə Hindistan rəsmilərinin əli olduğunu bildirərək Hindistan hökumətini “məsələyə işıq salmaq üçün əməkdaşlığa” çağırıb. Lakin sonradan Hindistan bu “gülünc” ittihamları pisləyib və iki ölkə arasında diplomatik böhran yaranıb. ABŞ dövlət katibi Entoni Blinken sentyabrda xəbərdarlıq etmişdi ki, ABŞ “sərhəddən kənar təzyiq iddiaları olduqda son dərəcə ehtiyatlı davranır”.

ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi ittiham aktına görə, Hindistan hökumətinin agenti narkotik və silah alveri ilə məşğul olan Nikhil Quptaya qarşı cinayət təhqiqatını dayandırmaq müqabilində “qurbanı” öldürməyi tapşırıb.

İyunun 30-da Çexiyada həbs edilən Qupta Nyu-Yorkda Hindistan əsilli “Amerika vətəndaşına qarşı uğursuz sui-qəsddə iştirakı ilə əlaqədar” adam öldürməyə cəhddə ittiham olunub. Nazirlik iddia edilən hədəfin adını açıqlamasa da, "Financial Times" bu şəxsin Hindistanın şimalında siqhlər üçün müstəqil dövlətin yaradılmasını tələb edən Amerika "Ədalət naminə Siqhlər" təşkilatının qurucu vəkili Qurbatvat Singh Bannon olduğunu açıqlayıb. Rəsmi Dehli onu 2020-ci ildə "terrorçu" kimi təsnif edərək "terrorçuluq və fitnə" ittihamı ilə axtarışa verib.

Oxunma sayı 170
Siyasət rubrikasından digər xəbərlər