“TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək PUA-lar Bakıya enib

23:00 21.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Tekirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan “Akıncı” pilotsuz uçuş aparatları Gürcüstanı keçərək Bakıya enib.

Bu barədə Türkiyənin “Baykar” şirkətinin twiter hesabında xəbər verilib.

Təxminən 2 000 km uçan “Akıncı” təyyarələri üç ölkəni keçərək uğurlu uçuş həyata keçirib.

“TEKNOFEST Azərbaycan” festivalı mayın 26-29-da keçiriləcək. Festivalda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar, sənaye və texnologiya naziri Mustafa Varank və digər şəxslər iştirak edəcəklər.

Oxunma sayı 42
Siyasət rubrikasından digər xəbərlər