Tələbə adı qazananların diqqətinə!

16:14 31.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ali təhsil müəssisələrinə qəbul olunanlar sentyabrın 5-dən 14-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək:

“Onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək”.