ABŞ-ın keçmiş prezidenti Donald Tramp Florida ştatındakı federal məhkəmə vasitəsilə Twitter sosial şəbəkəsində bağlanan hesabının geri qaytarılmasını istəyib.V
Bu barədə “Bloomberg News” portalı məlumat yayıb.
Bbu ilin iyul ayında Birləşmiş Ştatların keçmiş dövlət başçısı “Twitter”, “Facebook Inc” və “Alphabet Inc.Google” şirkətləri və onların rəhbərləri ilə məhkəmə qaydasında haqq-hesab çürütmək qərarına qəlmişdi. Donald Tramp adı çəkilən korporasiyaların onun mühafizəkar fikirlərini yaymağa qeyri-qanuni olaraq maneçilik törmətməkdə suçlamışdı.
Donald Trampın “Tvitter”ə qarşı iddia ərizəsi dünən, Mayamidə vəkilləri tərəfindən təqdim olunub. Burada sözügedən sosial şəbəkənin keçmiş prezidentin siyasi rəqiblərinin təzyiqləri ilə onun hesablarını bağladığı vurğulanır.