Amerikanın 45-ci prezidenti, respublikaçı Donald Trampın keçmiş köməkçisi, əvvəllər ABŞ Konqresinə hörmətsizlikdə ittiham olunan Stiven Bannon hakimiyyətə təslim olub, o, nəzarətə götürülüb.
Hafta.az xəbər verir ki, bu barədə bazar ertəsi Associated Press (AP) məlumat yayıb.
Cümə günü ABŞ Ədliyyə Departamenti elan edib ki, siyasi məsləhətçi Bannon yanvarın 6-da Kapitoliyə hücumun şərtlərini araşdıran Konqresin aşağı palatasının xüsusi komitəsi qarşısında dinləmələrə gəlmədiyinə görə ittiham olunur. O, ondan tələb olunan sənədləri təqdim etməkdən imtina edir. İki ittihamın hər birinə görə onu 30 gündən bir ilədək həbs və 100 dollardan 1000 dollara qədər cərimə gözləyir.
Oktyabr ayında ABŞ qanunverici orqanının Demokratların nəzarətində olan aşağı palatası dinləmələrə qatılmaqdan imtina etdikdən sonra Bannonun Konqresə hörmətsizlik etdiyinə görə məsuliyyətə cəlb edilməsi haqqında qətnamə qəbul edib. Çağırış üzrə dinləmələrdə iştirak etmək üçün qanunvericinin tələbinə əməl etməmək Birləşmiş Ştatlarda Konqresə hörmətsizlik hesab olunur və məhkəmədə cinayət kimi qiymətləndirilə bilər. Lakin Trampın keçmiş köməkçisinə qarşı işin başlanılıb-başlanmaması ilə bağlı qərarı yalnız Ədliyyə Nazirliyi verə bilərdi.