Türkiyədə 181 nəfər koronavirusdan öldü

23:26 15.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 181 nəfər həyatını itirib.

 

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 363 536 nəfərdən test götürülüb, onların 30 694-nün testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 25 513 nəfəri sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 88,29%-nə bir doza,  75,91%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.

Oxunma sayı 21