Türkiyədə çökən binanın dağntıları altından 14 nəfər çıxarılıb - YENİLƏNİB

22:20 09.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Malatyada çökən binanın dağıntıları altından çıxarılan vətəndaşların sayı 14-ə çatıb.

Hafta.az xəbər verir ki, bunu Malatyanın bələdiyyə başçısı Səlahəttin Gürkan bildirib.

O, xilas edilənlərin həyatlarına hər hansı təhlükənin olmadığını bildirib.apa

***

Türkiyənin Malatya vilayətində ikimərtəbəli bina çöküb.

Hafta.az-ın məlumatına görə, binanın uçması nəticəsində 14 nəfər xəsarət alıb.

Malatya əyalətinin valisi Aydın Baruş dağıntılar altında 10-15 nəfərin qaldığını bildirib.

Məlumata əsasən, hadisə Yeşilyurt rayonunda baş verib. Baş verən çökmənin səbəbi məlum deyil.

***

Türkiyənin Malatya vilayətində ikimərtəbəli bina çöküb.

Hafta.az-ın məlumatına görə, hadisə Yeşilyurt rayonunda baş verib. Bina çökməsi nəticəsində 11 nəfər xəsarət alıb. Onlar dağıntılar altından çıxarılıb.

Malatya əyalətinin valisi Aydın Baruş dağıntılar altında 20 nəfərin qaldığını bildirib.