Türkiyədə daha 198 nəfər yoluxmadan vəfat edib

23:32 07.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 198 nəfər dünyasını dəyişib.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 357 317 nəfərin test edildiyi, 22 687 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 24 366 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 121 160 790 peyvənd tətbiq edilib ki, bunun 90,90 faizi birinci, 81,75 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Oxunma sayı 100