Türkiyədə daha 228 nəfər virusun qurbanı oldu

23:49 05.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 228 nəfər həyatını itirib.

 

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 355 564 nəfərdən test götürülüb, onların 29 802-nin testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 32 269 nəfəri sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 87,34%-nə bir doza, 73,23%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.