Türkiyədə son sutkada 215 nəfər həyatını itirib

09:21 14.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 215 nəfər həyatını itirib.

 

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 347 426 nəfərdən test götürülüb, onların 22 583-nün testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 25 254 nəfəri sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 89,92%-nə bir doza, 79,90%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.