Türkiyədəki “alkoqolsuz hər şey daxil” turpaketlərinə Dumadan dəstək

10:00 29.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tur operatorları “alkoqolsuz hər şey daxil” tur-paketlərini Türkiyədə 7-9 faiz ucuza satır.

Hafta.az-ın Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) saytına istinadən yazdığına görə, turoperatorlar yeni tətbiq üçün Türkiyədə spirtli içkilərə tətbiq edilən yüksək vergilər səbəbiylə qiymət artımlarını əsas gətirib. Səyahət Agentlikləri Assosiasiyasının (ATA) vitse-prezidenti Aleksandr Mkrtçyan Türkiyəyə “alkoqolsuz hər şey daxil” turların satıldığı barədə məlumatı təkzib edib.

RİA xəbər verir ki, Rusiya turoperatorları bu il ilk dəfə olaraq paketə spirt daxil edilmədən “hər şey daxil” turların satışına başlanıldığını bildirirlər.

Xəbərə ilk “rəsmi” reaksiya Rusiya Dumasının deputatı Vitali Milonovdan gəlib. Milonov, Türkiyəyə tur satarkən alkoqolun hər şey daxil sistemdən çıxarılması ideyasının tamamilə doğru olduğunu müdafiə edib. Milonov, "İçmək istəyirsənsə, lütfən, ayrıca ödə, sənə heç kim qadağa qoymur. Amma bunu hər şey daxil etməməlisən. Çünki doğma şəhərə qayıdanda içməyə davam edirsən və bizdə içki içənlərə ehtiyac yoxdur" deyib. Deputat bildirib ki, indi onlara içki içməyən və işləyən insanlar lazımdır.

Milonov bir az da irəli gedərək, hər yerdə, o cümlədən Rusiyada hər şey daxil turları tamamilə alkoqolsuz keçirməyə çağırıb.