Türkün iki düşməni BİR ARADA

13:06 30.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Ermanistan arasında sülh danışıqlarının yeni mərhələyə keçməsi ilə bağlı imkanların yarandığı bir vaxtda Rusiya sülhməramlılarının nəzarətindəki Azərbaycan torpaqlarında varlığını sürdürən qondarma separatçı rejimin qalıqları özlərinə tərəfdar axtarışını davam etdirir.

Hafta.az erməni mətbuatına istinadla xəbər verir ki, bu dəfə terrorçu Daşnakstyun partiyasının təşkilatçılığı ilə özünü "Artsax Respublikası Milli Assambleyasının sədri" adlandıran Artur Tovmasyanın başçılıq etdiyi nümayəndə heyəti ARF Hay Dat Kipr Komitəsinin dəvəti ilə Kipr Respublikasına gedib.

Separatçılar burada hakim Demokratik Toplantı Partiyasının (DİSİ) sədri Averof Neofitou və partiyanın sədr müavini Haris Georgiadis ilə görüşlər keçiriblər. Daha sonra onları Nikosiya şəhərinin meri Konstantina Yorkatsisa və Ağsaqqallar Şurasının üzvləri O.Marutia və Valerios Tanilitis qəbul edib.