Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə Türkiyə istehsalı olan "Bayraqtar TB2"lər dastan yazmaqda davam edir.
Hafta.az-ın yazdığına görə, düşmənə qarşı uğurlu əməliyyatlar aparan "Bayraktar TB2"nin şərəfinə mahnılar yazılandan sonra, bu dəfə də ölkədə yayımlanan radiolardan birinin adı dəyişdirilərək "Radio Bayraktar" adlandırıldı. "Radio Bayraktar"ın son vaxtlar yayıma başladığı bildirilir.
Bu arada qeyd edək ki, Ukraynada bir çox insan ev heyvanlarına - öküzlərə, pişik və itlərə də "Bayraktar" adı verməkdədirlər.
Daka bir məlumata görə, haqqında danışdığımız radio əvvəlcə rusca yayımlanırmış və adı da "Russkoye Radio" olub. Ukrayna Televiziya və Radio Yayımları Milli Şurasından verilən məlumatda qeyd olunur ki, sitat: yayım kodu "Russkoye Radio" olan radionun adı rəsmən dəyişdirilib və bundan sonra yayımlarda bu radiostansiyanın adı "Radio Bayraktar" olacaq.