“Bu il digər ölkələrdən Ermənistana 100 min ton buğda gətiriləcək. Qarabağdan məhz bu qədər taxıl gətirirdik”.
Hafta.az xəbər verir ki, bu sözləri Ermənistanın Aqrar-Kəndli İttifaqının sədri Qraçya Bərbəryan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycanın 44 günlük müzəffər savaşı nəticəsində “torpaqların itirilməsi” ilə bağlı Ermənistan və separatçı rejim iqtisadiyyatına dəymiş ziyanı təqdim edərkən söyləyib.
“Bu, iqtisadiyyatımıza həqiqətən ciddi zərbədir. 2200 hektar üzüm bağı, 300 hektar xurma, eləcə də şaftalı və ərik bağlarını itirdik. Mal-qara, otlaq, heyvandarlıq məhsulları da daxil olmaqla itililmiş məhsullarımızın cəmi bir il ərzindəki dəyəri təxminən 130-150 milyon dollar təşkil edir. Diqqət edirsiz? Qarabağda qalan kənd təsərrüfatı texnikasını nəzərə almadan təxminən 130-150 milyon dollarlıq istehsalı itirdik” –deyə Q.Bərbəryan söyləyib.