XİN-dən Milli Dirçəliş Günü ilə bağlı PAYLAŞIM

14:33 17.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xarici İşlər Nazirliyi 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə paylaşım edib.

Hafta.az xəbər verir ki, paylaşım XİN-in "X" hesabında yer alıb.

Bildirilib ki, milli şüur tariximizin ən önəmli günlərindən biri olan 17 noyabr milli azadlıq hərəkatının başlanması ilə əlamətdardır:

"17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə həmvətənlərimizi ürəkdən təbrik edir, xalqımıza daim inkişaf və rifah arzu edirik. Yaşasın müstəqil Azərbaycan!"