14 yaşlı yeniyetməni avtobus vurdu

11:59 30.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda sərnişin avtobusu 14 yaşlı yeniyetməni vuraraq xəsarət yetirib.

 

Hafta.az-ın məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. 125 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu yolu keçən 2008-ci il təvəllüdlü Orucova Samiyyə Emin qızını vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.