Yazını böyüt
Yazını kiçilt
Salyan rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Salyan rayonu ərazisində qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alan Elnarə Mehdiyeva, Gülxar Abdulova, Sevil Məmmədova, Səbuhi Həsənov və Könül Eminova Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.