"Land Rover" yanıb

12:24 04.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Yasamal rayonunda "Land Rover" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi və yaxınlıqda dayanan digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.