"Radikalizmi və terror təhdidlərini aradan qaldırmaq, onun maliyyə qaynaqlarını qurutmaq üçün mütləq Afrika strategiyası hazırlanmalıdır".
Hafta.az-ın yazdığına görə, bu sözləri videokonfrans yoluyla keçirilmiş Afrika Birliyi Zirvəsində çıxış edən Misir prezidenti Əbdülfəttah əs-Sisi deyib. Cənab Sisi bildirib ki, Misir terrorla mübarizə sahəsində verdiyi təlimləri daha da artırıb və BMT sülhməramlıları ilə birlikdə Afrika ölkələrinə yardım etməyə çalışır, eləcə də bu çərçivədə Qahirədə yerləşən Sahil və Səhra Terrorla Mübarizə Mərkəzi vasitəsilə dəstəyini verməkdədir. "Misir ikitərəfli şəkildə və ya Afrika Birliyi mexanizmləri vasitəsilə daha güclü dəstək verə bilər. Ölkəmiz hər zaman olduğu kimi, Afrikanın qarşılaşdığı çətinliklərin aşılmasında öz rolunu oynayacaq, hədəflərə çatmaq və xalqlarımızın daha yaxşı gələcəyə dair arzularını reallaşdırmaq üçün qəti adımlar atacaq”, - deyib Misirin dövlət başçısı.
Prezident Sisi, Sinay yarımadasında yerləşən Musa və Müqəddəs Katerin dağları civarındakı sülh torpaqları ilə bağlı layihənin detallarından da söz açıb. Misirdəki müqəddəs ərazilərin statusundan danışan dövlət başçısı deyib ki, yarımada təkallahlığı qəbul edən üç dinin (İudaizm, xristianlıq və İslam - V.T.) tarixən mərkəzi olub. Odur ki, buraların bənzərsiz mənəvi dəyərini təqdir edərək insanlığa və dünya xalqlarına uyğun şəkildə göstərmək lazımdır.
"Terroru aradan qaldırmaq üçün Afrika Strategiyası hazırlanmalıdır" - Prezident Əbdülfəttah əs-Sisi
17:30 16.01.2022
Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Dünya rubrikasından digər xəbərlər