İsrail və Livan arasında yeni danışıqlar başlayır

12:40 23.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında danışıqların növbəti mərhələsi çərşənbə axşamı günü başlayacaq.

Hafta.az xəbər verir ki, Dövlət Departamentinin nümayəndəsi sessiya çərçivəsində həm siyasi, həm də hərbi məsələlər üzrə görüşlərin olacağını açıqlayıb. Məlumata görə, danışıqlar birgə siyasi-hərbi sessiya ilə başlayacaq, ardınca hərbi sessiya keçiriləcək və siyasi raundla başa çatacaq. ABŞ nümayəndə heyətinə Dövlət Departamentinin müşaviri Den Holler və müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Daniel Simmerman rəhbərlik edəcək.

Dövlət Departamentinin nümayəndəsi vurğulayıb ki, danışıqlar iki ölkə arasında hərtərəfli sülh və təhlükəsizlik razılaşmasının irəli aparılması məqsədilə davam etdirilir. Bildirilir ki, yeni raund Livanda kövrək atəşkəs fonunda baş tutur. Razılaşmaya baxmayaraq, Hizbullah və İsrail tərəfindən davam edən əməliyyatlar ABŞ-İran danışıqlarını pozmaq təhlükəsi yaradır./CNN/