1000 ədəd müxtəlif növ ağac yanıb

22:25 05.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqan rayonunda Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə və bələdiyyəyə məxsus ərazidə 5 ha sahədə kol-kos və müxtəlif növ ağaclar (təxminən 1000 ədəd) yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Meşə zolağı və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub.